Page 100 - "Dünya yuxutək əriyir..."
P. 100
Şeirlər

Nәdәn qәfil pis oldum?

Nәdәn qәfil pis oldum?
Günahım nәdi, görәn?
Mәn ki, heç istәmirdim
Bir kimsәni incidәm.
Mәlәklәr gözlәmirlәr
Yaxşılığın әvәzin,
Yalançı yardımlara
Yox onların hәvәsi.
Gözlәr kor olan kimi,
Çox-çox şeylәri görür.
Ancaq gözlәrә baxmaq
Müşkül bir işә dönür.
Yağış yağır, ağlayır,
Yol başdan-başa islaq…
London bezmir sükutdan,
Hönkürür hıçqıraraq.
Biz nәyi itirmişik?
Niyә itiririk biz?
Qorxu hissinin özü
Qorxulu olur hәdsiz.
Allaha yalvarmağa
Hәr kәsin var imkanı.
Bizsә әldәn veririk
Ən dәyәrli olanı.
Ağlamaq bacarmıram
Buna öyrәşmәmişәm.

100 / 101
   95   96   97   98   99   100   101   102   103   104   105