Page 102 - "Dünya yuxutək əriyir..."
P. 102
Şeirlər

Yalan

Yalan... Söz verәk ki, doğru danışaq,
Kimә nә isә demәkdәn niyә utanaq?
Yalan... qәlbimizi o parçalayır,
Qorxur hәqiqәtdәn bu miskin yaltaq.
Üzünә tәbәssüm qondurmaz yalan,
İnanma, dәrdinә o әlac etmәz.
Kim bunu deyib ki, boş şeydi hәsrәt?
Hәqiqi olanı heç nә gizlәmәz.
İstәrsәn, hәsrәt çәk, ya da ki, şәnlәn,
Suçun var, Allaha yalvar, haqdı bu.
Nәdә günahkardı, anlayır hәr kәs,
Haqqı pәrdәlәmәz ömrün qürubu.
Aldatdın… amma, sәn qalib deyilsәn.
Qalib o kәsdi ki, yalana uymur.
Əgәr rәhmin varsa, gәl, kömәk elә,
Gecә xain çıxıb, yatmağa qoymur.

102 / 103
   97   98   99   100   101   102   103   104   105   106   107