Page 107 - "Dünya yuxutək əriyir..."
P. 107
la Əliyeva Dünya yuxutək əriyir...
O nә xәstәlәnir, nә dә üzülür,
Siqaret dә çәkmir, oruc da tutmur.
Gün çıxana qәdәr qalxır ayağa,
Dua elәmәyi heç vaxt unutmur.
Gözәldi… vә sevir gözәl olanı
Görür gözәlliyi, çirkinliyi dә.
Mәrhәmәt bәxş edir zalım kәslәrә,
Özü möhtac ikәn kiçicik rәhmә.
Qaniçәn sual da vermәz bir kәsә,
Heyrәt elәyәrlәr... Qorxarlar axı?!..
Göz yaşı nә dadır, gözlәri bilmәz,
Gülümsәmәk nәdi – bilmәz dodağı.
Kim bilir, bәlkә, o, hәdsiz sadәdi?
Sadәlik torunda dolaşıb bu cür?
Əli ulduzlara toxunur, amma,
İnsan faniliyin gözlәri görmür.
Qandı qaniçәnin tәk bir istәyi,
Qan – yanğı, qan ruhu calayar hәzzә.
Günәş – qaniçәnin sevgi mәnbәyi
Bәzәn isindirәr, dağ basar bәzәn!
O nә xәstәlәnir, nә dә üzülür,
Siqaret dә çәkmir, oruc da tutmur.
Gün çıxana qәdәr qalxır ayağa,
Dua elәmәyi heç vaxt unutmur.
Gözәldi… vә sevir gözәl olanı
Görür gözәlliyi, çirkinliyi dә.
Mәrhәmәt bәxş edir zalım kәslәrә,
Özü möhtac ikәn kiçicik rәhmә.
Qaniçәn sual da vermәz bir kәsә,
Heyrәt elәyәrlәr... Qorxarlar axı?!..
Göz yaşı nә dadır, gözlәri bilmәz,
Gülümsәmәk nәdi – bilmәz dodağı.
Kim bilir, bәlkә, o, hәdsiz sadәdi?
Sadәlik torunda dolaşıb bu cür?
Əli ulduzlara toxunur, amma,
İnsan faniliyin gözlәri görmür.
Qandı qaniçәnin tәk bir istәyi,
Qan – yanğı, qan ruhu calayar hәzzә.
Günәş – qaniçәnin sevgi mәnbәyi
Bәzәn isindirәr, dağ basar bәzәn!