Page 111 - "Dünya yuxutək əriyir..."
P. 111
la Əliyeva Dünya yuxutək əriyir...

Sәni atmaq istәmirәm

Sәni atmaq istәmirәm,
Atmaya da bilmirәm, ancaq.
Uduzmaqçün oynadınmı? –
bir gün ağlın soruşacaq.

Niyә oynadın? Uduzdun…
Sonu bilirdin axı?!
Özünü qalib sanırdın,
Xәyal oldu udmağın.

Uduş yoxdu bu işdә,
Qәlәbә ola bilmәz.
Hәyat da kino deyil,
Sonu elә tez yetmәz.

Cavan ruhun şübhәdә
Nәdi onun duyduğu?
Nahaqdan gözlәyirdin
Sәn ayrı bir sonluğu.

O sonluq alınmaz,
Son sona yetdi.
Ağırdı itirmәk,
Mәn dә itirdim.

Görәn, «bağışla» desәm,
Nә isә dәyişәcәk?
Desәm ki, burax mәni,
O ötәnlәrdәn әl çәk...
   106   107   108   109   110   111   112   113   114   115   116