Page 113 - "Dünya yuxutək əriyir..."
P. 113
la Əliyeva Dünya yuxutək əriyir...
Mәn gәrәk özümü cәzalandıram
Yaxşı aparmadım dünәn özümü
Mәn gәrәk özümü cәzalandıram.
Könüllәr sındırdım insafsızlıqla,
Şәrab da içdim ki, tәsәlli tapam.
Cәzalanmalıyam, o sәbәbdәn ki,
Ucadan gülmüşәm, haqqı demişәm.
Bir dә ki... bir dә ki, gözәlliyimlә
Dünyanı önümdә diz çökdürmüşәm.
Bәzәn tәk özümlә qalmaq istәrәm…
Axı heç bilmirәm indi mәn kimәm?
Mәlәklәrin lütfü bezdirib mәni,
Ruhuma hakimdi İblis bu gündәn.
Qәmli, miskin üzlәr yan-yörәm dolu,
Yeyir ac baxışlar hәr yandan mәni.
Bircә dostum varsa, o da özümәm
Onu tәrk etmәrәm, üzsә dә mәni.
Mәn gәrәk özümü cәzalandıram
Yaxşı aparmadım dünәn özümü
Mәn gәrәk özümü cәzalandıram.
Könüllәr sındırdım insafsızlıqla,
Şәrab da içdim ki, tәsәlli tapam.
Cәzalanmalıyam, o sәbәbdәn ki,
Ucadan gülmüşәm, haqqı demişәm.
Bir dә ki... bir dә ki, gözәlliyimlә
Dünyanı önümdә diz çökdürmüşәm.
Bәzәn tәk özümlә qalmaq istәrәm…
Axı heç bilmirәm indi mәn kimәm?
Mәlәklәrin lütfü bezdirib mәni,
Ruhuma hakimdi İblis bu gündәn.
Qәmli, miskin üzlәr yan-yörәm dolu,
Yeyir ac baxışlar hәr yandan mәni.
Bircә dostum varsa, o da özümәm
Onu tәrk etmәrәm, üzsә dә mәni.