Page 118 - "Dünya yuxutək əriyir..."
P. 118
Şeirlər
Qorxmuram
Amansız gecәlәr qorxutmur mәni,
Qorxmuram şaxtadan, soyuq külәkdәn!
Keçib taleyindәn tәnha kәslәrin,
Bir daha geriyә dönmәyәcәyәm!
Qorxutmur kimsәnin dәrdli göz yaşı,
“Dayan!..” – harayları sarmır qәlbimi.
Miskin yaddaşlardan, boş hәsrәtlәrdәn
Keçib adlayacam mәn qaya kimi!
Qorxmuram әbәdi umu-küsüdәn,
Sevgiylә nifrәtin qarışığından,
Maraqlı baxışlar, xain nәzәrlәr,
Qalar yollarımın dolaşığında!
Qorxutmur çәkdiyim acılar mәni,
Vecimә dә deyil özgә ağrılar,
Solsun özxoşuna onlar gül kimi,
Bağışlamasınlar qoy, ömründә mәni!
Qorxutmur günәşsiz, boz havalar da,
Yağış da yağanda kәdәrlәnmirәm.
Zamantәk gedirәm, geri baxmadan!
«Dayan!» – desәlәr dә, dayanmır Zaman!
Dәhşәt bürüsә dә, qorxmuram әsla,
Qәlbim ağrısa da, dözürәm ona.
Qәddar soyuqluqla, hәm dә dәlitәk,
Verәrәm nәyim var, mәnim olana.
118 / 119
Qorxmuram
Amansız gecәlәr qorxutmur mәni,
Qorxmuram şaxtadan, soyuq külәkdәn!
Keçib taleyindәn tәnha kәslәrin,
Bir daha geriyә dönmәyәcәyәm!
Qorxutmur kimsәnin dәrdli göz yaşı,
“Dayan!..” – harayları sarmır qәlbimi.
Miskin yaddaşlardan, boş hәsrәtlәrdәn
Keçib adlayacam mәn qaya kimi!
Qorxmuram әbәdi umu-küsüdәn,
Sevgiylә nifrәtin qarışığından,
Maraqlı baxışlar, xain nәzәrlәr,
Qalar yollarımın dolaşığında!
Qorxutmur çәkdiyim acılar mәni,
Vecimә dә deyil özgә ağrılar,
Solsun özxoşuna onlar gül kimi,
Bağışlamasınlar qoy, ömründә mәni!
Qorxutmur günәşsiz, boz havalar da,
Yağış da yağanda kәdәrlәnmirәm.
Zamantәk gedirәm, geri baxmadan!
«Dayan!» – desәlәr dә, dayanmır Zaman!
Dәhşәt bürüsә dә, qorxmuram әsla,
Qәlbim ağrısa da, dözürәm ona.
Qәddar soyuqluqla, hәm dә dәlitәk,
Verәrәm nәyim var, mәnim olana.
118 / 119