Page 123 - "Dünya yuxutək əriyir..."
P. 123
la Əliyeva Dünya yuxutək əriyir...
Xudbinlik, biz sәnә tabeyik, әfsus,
Sәfehә çevrilir dahi dә bu cür.
Sәndәn tәhlükәli olanı yoxdu,
Şәrlә sәn әl-әlә sürürsәn ömür!
Gözlәri kor etdin öz dumanınla,
Dodaqlar aldanıb zәhәri daddı.
Hәrәni bir yolla yoldan çıxarıb
Əbәdi Cәhәnnәm oduna atdın!
Xudbinlik... Gәl onu qovaq da getsin,
Fәrqi yox, adını lap «şah» da qoysaq.
Onun nә taxtı var, nә dә ki, tacı,
Miskin bir tәlxәyә oxşayır ancaq.
Xudbinlik, biz sәnә tabeyik, әfsus,
Sәfehә çevrilir dahi dә bu cür.
Sәndәn tәhlükәli olanı yoxdu,
Şәrlә sәn әl-әlә sürürsәn ömür!
Gözlәri kor etdin öz dumanınla,
Dodaqlar aldanıb zәhәri daddı.
Hәrәni bir yolla yoldan çıxarıb
Əbәdi Cәhәnnәm oduna atdın!
Xudbinlik... Gәl onu qovaq da getsin,
Fәrqi yox, adını lap «şah» da qoysaq.
Onun nә taxtı var, nә dә ki, tacı,
Miskin bir tәlxәyә oxşayır ancaq.