Page 122 - "Dünya yuxutək əriyir..."
P. 122
Şeirlər

Xudbinlik

Xudbinlik, külәkdәn sәsli-küylüsәn,
Dağlardan ucasan, dәryadan gensәn.
Bu boş tәkәbbürün sәbәbi nәdi?
Sәnә layiq olan söz varmı, görәn?
Xudbinlik, hardandı bu iddialar?
Düşünürsәn, sәndәn üstün varmı dünyada?
Şübhәlәr nә qәdәr iztirab verir,
İnsan öz-özünә vurğun olanda.
Xudbinlik, yenә cığallıq edirsәn,
Hamının ovqatı korlanır axı?!
Buna sәbәb nәdi, söylә, bir bilәk,
Kim dәyib xәtrinә günün bu çağı?
Xudbinlik, canlara soxulsan da, bil,
Hәr kәs yaxın qoymaz sәni özünә.
O sәnsәn – uçruma düşmәkdәn әvvәl,
Hey qalxmaq istәrsәn göyün üzünә.

122 / 123
   117   118   119   120   121   122   123   124   125   126   127