Page 126 - "Dünya yuxutək əriyir..."
P. 126
Şeirlər

İnanmırıq

Sәrxoşa, uşağa inanmırıq biz,
Sәfehlәr inanar uydurmalara.
Onda izah etsin bizә, kim bilir,
Möcüzәlәr hara, yuxular hara?

İnana bilmirik cin görәnlәrә,
Əsl aşiqlәrә biz inanmırıq.
Ele hey deyirik «yalandı sevgi»,
Gerçәyi yuxudan üstün sanırıq.

Qәlbini uşaqtәk, açan sәfehi,
Necә dә asandı qırmaq, incitmәk,
Sevgisiz nә varsa, o ona yaddı,
Sevgi әtәyindә can verәr qultәk.

Sәrxoşa, uşağa inanmırıq biz,
Onların sözündә haqq dolaşsa da,
Amma gözәlliyә hamı baş әyәr,
İçi mәkr dolu hiylә olsa da.

Çünki, gözәlliyin o gücü var ki,
Döyüşdә qılıncdı öz qüdrәtiylә.
Ağlı qәbirdә dә yoldan çıxarar,
Çiyninin yüngülcә hәrәkәtiylә.

Amma gözәllik dә әbәdi deyil,
Zaman kәtanlardan rәnglәri yuyar.
Ürәkdәn sevәnin, dәrdә düşәnin,
Sevgidәn hәmişә dili quruyar.

126 / 127
   121   122   123   124   125   126   127   128   129   130   131