Page 131 - "Dünya yuxutək əriyir..."
P. 131
la Əliyeva Dünya yuxutək əriyir...

Hansı әllәr bacarardı?

Hansı әllәr bacarardı gözlәrlә
Bu boyda möcüzә yarada bilsin?
Hansı әllәr öz sәhvi ucbatından
Qınağa tuş oldu, bilәnlәr desin.

Nahaq qulaq asdın onlara, sәfeh,
Gör necә incәymiş qәlbin? Tәlәsdin.
Dedin: «nәyә lazım qulaqlar bizә?»
Hirsindәn bir anda qulağı kәsdin.

Birisi Allahdan şöhrәt dilәdi,
Şöhrәt nәdi axı? – bunu bilmirik.
Biri dәrd içindә onu gözlәdi…
Bizi gözlәyәni biz gözlәmirik.

Kim ki gözәlliklәr yarada bilir,
Kim ki onu yaratmağa can atır,
Əfsus ki, rәhm etmir özünә çox vaxt
İstedad gölündә boğulub batır.

Niyә can atırdın, de, bu şöhrәtә?
Niyә sakitlikdә, hey hönkürürdün?
Qismәtin olmadı nә şöhrәt, nә şan,
Daha ucasını yuxunda gördün.

Elә düşündün ki, güllәrin solar,
Yaratdın gecәlәr, sübh açılınca.
Kәtanlar aldatmır, insan deyillәr
Çәkdiyin güllәrin diri qalacaq.
   126   127   128   129   130   131   132   133   134   135   136