Page 134 - "Dünya yuxutək əriyir..."
P. 134
Şeirlər

Qoparma o gülü, xahiş edirәm…

Qoparma o gülü, xahiş edirәm...
Qoparma gәl onu, sәn ondan әl çәk!
Yüzlәrlә sәtirlәr bәxş edәcәk o,
Ömrü bәzәyәcәk o, lәçәk-lәçәk.

Qoparma o gülü, xahiş edirәm,
Tale bildiyini qәrara alır.
Keçilәn yolların qәdәri yoxdu,
Bu yolda cәsurlar qәlәbә çalır.

Hara qaçırıq biz o zaman, nәdәn?
Niyә tәnhalıqdan qorxuruq belә?
Dәyәrli, qiymәtli nәyimiz varsa,
Hәr anda hazırıq әldәn vermәyә?

Heç nәdәn qorxmuruq, çәkinmirik biz,
Qorxu olan yerdә möcüzә olmaz.
Allah hәr bir kәsә bir yazı yazıb
Yazılmayan yazı, bil ki, çin olmaz.

Qoparma o gülü, xahiş edirәm,
O gül güldanında solub ölәcәk.
Qoruya bilmәdi ağıl ürәyi…
Ağlısa, hәr zaman qoruyur ürәk.

134 / 135
   129   130   131   132   133   134   135   136   137   138   139