Page 137 - "Dünya yuxutək əriyir..."
P. 137
la Əliyeva Dünya yuxutək əriyir...
Ən gözәl sevgisәn bu dünyada sәn
Ən gözәl sevgisәn bu dünyada sәn!
Bәxş olunmamısan boş yerә mәnә.
Göydәn sualıma cavab dilәdim,
O, mәlәk göndәrdi, cavab yerinә.
İşıqlı tәbәssüm, nur dolu gözlәr...
Baxdım saatlarla, oxudum, andım.
Göylәr nağılından oyandın burda
Oyandın ki, sәni bağrıma basım.
Hәsrәtin, qüssәnin dәrmanı sәnsәn,
Sәhәr sevincimsәn, gecә işığım.
Öpdükcә öpürәm ağ әllәrini,
Sәndәn doğma, әziz nәyim var axı!?
Sәn ki başqaları kimi deyilsәn,
Mәlәklәr baş çәkir sәnә hәr zaman.
Müqәddәs yuxular unudularmı?
Onları gizlәrәm, sökülüncә dan.
Sәn mәnim sevgimsәn, özün bilirsәn,
Sәni ilk görәn an necә titrәdim...
Ürәyimә salıb, bәrk-bәrk gizlәyib
Qәlbimin içindә gültәk bәslәdim.
İndi yanımdasan, qorxutmur yağış,
Sәssizcә qarışır tufan şimşәyә.
Hәyatda yuxuya inananlarçün
Allah körpü salır görüşdürmәyә.
Ən gözәl sevgisәn bu dünyada sәn
Ən gözәl sevgisәn bu dünyada sәn!
Bәxş olunmamısan boş yerә mәnә.
Göydәn sualıma cavab dilәdim,
O, mәlәk göndәrdi, cavab yerinә.
İşıqlı tәbәssüm, nur dolu gözlәr...
Baxdım saatlarla, oxudum, andım.
Göylәr nağılından oyandın burda
Oyandın ki, sәni bağrıma basım.
Hәsrәtin, qüssәnin dәrmanı sәnsәn,
Sәhәr sevincimsәn, gecә işığım.
Öpdükcә öpürәm ağ әllәrini,
Sәndәn doğma, әziz nәyim var axı!?
Sәn ki başqaları kimi deyilsәn,
Mәlәklәr baş çәkir sәnә hәr zaman.
Müqәddәs yuxular unudularmı?
Onları gizlәrәm, sökülüncә dan.
Sәn mәnim sevgimsәn, özün bilirsәn,
Sәni ilk görәn an necә titrәdim...
Ürәyimә salıb, bәrk-bәrk gizlәyib
Qәlbimin içindә gültәk bәslәdim.
İndi yanımdasan, qorxutmur yağış,
Sәssizcә qarışır tufan şimşәyә.
Hәyatda yuxuya inananlarçün
Allah körpü salır görüşdürmәyә.