Page 142 - "Dünya yuxutək əriyir..."
P. 142
Şeirlər

İblis

Ah İblis, necә dә uzaqsan indi…
Döymә gәl qapımı, daha açmaram.
Sәnә inanmıram, amma sәn inan –
Sәninlә Cәhәnnәm sәddin aşmaram.

Mәn dә inanmışdım bir vaxtlar sәnә,
Sәnә hәr ölümlü az-çox inanır.
Amma tövbә edib, geri dönәnin
Günahı asanca bağışlanılır.

Ağlım dumanlansın, bulansın deyә,
Şirin şәrab verdin sәn mәnә güclә.
Mәni şirin-şirin bağrına basıb
Doğradın canımı öz ülgücünlә.

İlantәk sürünüb doldun ruhuma,
Qurduğun o torda çırpındı bu can.
Yoldan çıxardığın bir mәn olmadım,
Aldada bilmәzsәn daha heç zaman!

Əlvida, ey mәnim qanlı düşmәnim!
Sil, qoy siyahından pozulsun adım!
Yox, daha aldatmaz yasaq yuxular,
Gecәlәr mәlәklәr yaxınımdadı!

142 / 143
   137   138   139   140   141   142   143   144   145   146   147