Page 145 - "Dünya yuxutək əriyir..."
P. 145
la Əliyeva Dünya yuxutək əriyir...
Gözәllik
Gözәllik, necә dә amansızsan sәn!
Mәsәlә bununla bitmirmiş demә.
Diz çöküb, axı mәn yalvarmışdım ki,
Bu yaralı qәlbә etiraz etmә!
Paxıllığın sәni, bil, mәhv edәcәk!
Niyә döyüşürsәn ürәklә belә?
Onsuz da tәnhasan zülmәt gecәlәr,
Maskasız, boyasız hey qәm çәkirsәn.
Dupduru sevgidәn çapığı qalan
Sadiq ürәk sәnә azlıq edirmi?
Günlәri mәnasız puçluq da saysan,
Ruhun doyurmu, de, aclıq bitirmi?
Yanmaz kibritlәri alışdıraram,
Çılğın düşüncәnә qәfil od düşәr!
Gözәl gözlәrinin qabağındaca
Alışıb kül olar sәhv düşüncәlәr.
Qoy cırıb-töküm mәn dәftәrlәrimi!
Qәdәrindәn çoxdu orda hәqiqәt!
Orda hәr bir sözә ağrı çökübdü...
Bax, incә әllәrdә mәhv olur ürәk.
O ölür… ölür o, boyasız, ahsız,
Ahda, fәryadda da xilas yox imiş.
Bir daha İblisә inanmaram mәn,
Sәni körpәlikdәn sıxan, o imiş.
Gözәllik, necә dә amansızsan sәn!
Amma heç tәlәsmә qürurlanmağa.
Gözәllik daxildә yuva salmazsa,
Bil ki, o, zahirә çıxmaz heç zaman.
Gözәllik
Gözәllik, necә dә amansızsan sәn!
Mәsәlә bununla bitmirmiş demә.
Diz çöküb, axı mәn yalvarmışdım ki,
Bu yaralı qәlbә etiraz etmә!
Paxıllığın sәni, bil, mәhv edәcәk!
Niyә döyüşürsәn ürәklә belә?
Onsuz da tәnhasan zülmәt gecәlәr,
Maskasız, boyasız hey qәm çәkirsәn.
Dupduru sevgidәn çapığı qalan
Sadiq ürәk sәnә azlıq edirmi?
Günlәri mәnasız puçluq da saysan,
Ruhun doyurmu, de, aclıq bitirmi?
Yanmaz kibritlәri alışdıraram,
Çılğın düşüncәnә qәfil od düşәr!
Gözәl gözlәrinin qabağındaca
Alışıb kül olar sәhv düşüncәlәr.
Qoy cırıb-töküm mәn dәftәrlәrimi!
Qәdәrindәn çoxdu orda hәqiqәt!
Orda hәr bir sözә ağrı çökübdü...
Bax, incә әllәrdә mәhv olur ürәk.
O ölür… ölür o, boyasız, ahsız,
Ahda, fәryadda da xilas yox imiş.
Bir daha İblisә inanmaram mәn,
Sәni körpәlikdәn sıxan, o imiş.
Gözәllik, necә dә amansızsan sәn!
Amma heç tәlәsmә qürurlanmağa.
Gözәllik daxildә yuva salmazsa,
Bil ki, o, zahirә çıxmaz heç zaman.