Page 150 - "Dünya yuxutək əriyir..."
P. 150
Şeirlər
İnsan әli yazan qanunlar bizә
Öyrәdir biz necә yaşayaq gәrәk.
Qurbağa şokolad yemәmәlidi,
Timsahasa olmaz kürüylә çörәk.
Dedilәr: “Qanuna әmәl elәyin,
Gözlәyin, gözlәyin...” Görәsәn, nәyi?
Dedilәr: “Uymayın möcüzәlәrә,
Tәrgidin boşuna xәyal etmәyi!”
Budu, gözlәyirik. Nәyi? – Bilmirik.
Kandardan keçmәyә qorxuruq ancaq.
Hәyatla çox çәtin ayaqlaşırıq,
Onsuz da büdrәyib o yıxılacaq.
Gәl sәn azadlığa al biletini…
Nәsә itirmәkdәn çәkinmә dә heç.
Tәltif tәbiәtdәn önәmli deyil,
Tabutun önündә gözlәyәr tez-gec.
Bizi öyrәdiblәr necә yaşayaq,
Bu hәyat qaydasız görünür mәnә.
Cәhәnnәmdәn qorxmaz Cәnnәti sevәn,
Ya azad hәyat var, ya da ki, heç nә.
150 / 151
İnsan әli yazan qanunlar bizә
Öyrәdir biz necә yaşayaq gәrәk.
Qurbağa şokolad yemәmәlidi,
Timsahasa olmaz kürüylә çörәk.
Dedilәr: “Qanuna әmәl elәyin,
Gözlәyin, gözlәyin...” Görәsәn, nәyi?
Dedilәr: “Uymayın möcüzәlәrә,
Tәrgidin boşuna xәyal etmәyi!”
Budu, gözlәyirik. Nәyi? – Bilmirik.
Kandardan keçmәyә qorxuruq ancaq.
Hәyatla çox çәtin ayaqlaşırıq,
Onsuz da büdrәyib o yıxılacaq.
Gәl sәn azadlığa al biletini…
Nәsә itirmәkdәn çәkinmә dә heç.
Tәltif tәbiәtdәn önәmli deyil,
Tabutun önündә gözlәyәr tez-gec.
Bizi öyrәdiblәr necә yaşayaq,
Bu hәyat qaydasız görünür mәnә.
Cәhәnnәmdәn qorxmaz Cәnnәti sevәn,
Ya azad hәyat var, ya da ki, heç nә.
150 / 151