Page 154 - "Dünya yuxutək əriyir..."
P. 154
Şeirlər

Tutursan ulduzu, qarı, külәyi,
Günәşsә әlini yandırıb-yaxır.
Bilirsәn, verilәn ömrün qәdәrin?
Görürәm, hәrdәn bir qorxursan axı?!
Hәr günü keçsә dә bir әsr kimi,
Min il yaşamağı düşünәr insan.
Düşünәr bu haqda dinmәz sükutla,
Sükutsa nә hәsrәt, nә qorxu saçar.
Vaxt yox qarşılayaq sübh şәfәqini,
Olsun, düşünürәm mәn bir başqa cür.
Ömür bizә qәdәrincә verilib,
Verilib o bizә yaşamaq üçün.
Odu, cәsarәtlә yeri, ey insan
Dәrd çәkmәyә sәbәb varsa da belә.
İnsan zәrrәcik dә olsa dünyada,
Ən uca zirvәni fәth edә bilәr!

154 / 155
   149   150   151   152   153   154   155   156   157   158   159