Page 156 - "Dünya yuxutək əriyir..."
P. 156
Şeirlər
Mәnә söylәdi ki, bu aborigen,
Danışır onunla çaylar, ağaclar…
Düşündüm, onu bu cәfәng xülyadan
Xilas elәmәyin nә mәnası var?
Şübhәmi gözümdәn oxudu dostum,
Duydum özlüyündә düşündü o da:
“Əgәr mәn sәhvәmsә, haqlı kimdi ki?
Ağlına güvәnәn deyil, hәr halda».
Danışdı kenquru, pәlәng barәdә,
“Müqәddәs sayırıq, – dedi – timsahı...”
Mәn dә tәbiәti sevdim onunla,
Hәr kәs bildiyinә vurulur axı?!
Yaşanmış günlәrin dәyәri haqda,
Sayrışan ulduzun gözәlliyindәn
Hey söhbәt elәdi bu aborigen...
Mәnsә düşünürdüm Onun barәdә...
Ondan qürub çağı ayrıldıq axır.
Xoş anlar yaşatdıq ruha, ürәyә…
Doğma adamıma çevrilmişdi o,
Zaman toxunmasın bu xatirәyә.
Sağ ol, әziz dostum, hәr şeyә görә!
Nә yaşıl meşәni unut, nә mәni.
Çökdürmәz heç zaman nә qәzәb, nә şәr
Hәyatı sonsuza qәdәr sevәni.
156 / 157
Mәnә söylәdi ki, bu aborigen,
Danışır onunla çaylar, ağaclar…
Düşündüm, onu bu cәfәng xülyadan
Xilas elәmәyin nә mәnası var?
Şübhәmi gözümdәn oxudu dostum,
Duydum özlüyündә düşündü o da:
“Əgәr mәn sәhvәmsә, haqlı kimdi ki?
Ağlına güvәnәn deyil, hәr halda».
Danışdı kenquru, pәlәng barәdә,
“Müqәddәs sayırıq, – dedi – timsahı...”
Mәn dә tәbiәti sevdim onunla,
Hәr kәs bildiyinә vurulur axı?!
Yaşanmış günlәrin dәyәri haqda,
Sayrışan ulduzun gözәlliyindәn
Hey söhbәt elәdi bu aborigen...
Mәnsә düşünürdüm Onun barәdә...
Ondan qürub çağı ayrıldıq axır.
Xoş anlar yaşatdıq ruha, ürәyә…
Doğma adamıma çevrilmişdi o,
Zaman toxunmasın bu xatirәyә.
Sağ ol, әziz dostum, hәr şeyә görә!
Nә yaşıl meşәni unut, nә mәni.
Çökdürmәz heç zaman nә qәzәb, nә şәr
Hәyatı sonsuza qәdәr sevәni.
156 / 157