Page 160 - "Dünya yuxutək əriyir..."
P. 160
Şeirlər
Dәyәrli anları oğurlama sәn
Dәyәrli anları oğurlama sәn,
Yalqız gecәlәri qovma qapıdan.
Hәsrәt gözümüzü kor elәsә dә,
Günlәr qayıtmazdı geriyә bir an.
Göy üzü bombozdu öz kәtanında,
Parlaq boyalarla rәnglәsәm, yetәr.
Sakitcә dilәrәm nur saçan aydan,
Mәni yuxularda salsın heyrәtә.
İsti bir yorğanın yoxdusa әgәr,
Yağan qar yandırar sümüklәrini.
Üz vurma әbәdi sәnin olum mәn,
Bizә әbәdiyyәt bәs etmәz yәqin.
Nahaqdan gecәni qısnama belә,
Sübhü bilәrәkdәn gәtirmә özün.
Zaman qalib gәlir qәddarlığıyla,
Yoxdu silahımız qorunmaq üçün.
Qovma sәn fevralı, qovma qürubu,
Qovma qaranlığı sәn çölә indi.
Əgәr yağış yağır, dolu tökürsә,
Evә dәvәt elә, qәmi isindir.
Külәk qәzәblisә, quduz vәhşitәk,
Ruhu tar-mar edir, ağacı yıxır...
Üz vurma әbәdi mәn sәnin olum,
Əbәdiyyәt nәdi sevәnçün axı?
160 / 161
Dәyәrli anları oğurlama sәn
Dәyәrli anları oğurlama sәn,
Yalqız gecәlәri qovma qapıdan.
Hәsrәt gözümüzü kor elәsә dә,
Günlәr qayıtmazdı geriyә bir an.
Göy üzü bombozdu öz kәtanında,
Parlaq boyalarla rәnglәsәm, yetәr.
Sakitcә dilәrәm nur saçan aydan,
Mәni yuxularda salsın heyrәtә.
İsti bir yorğanın yoxdusa әgәr,
Yağan qar yandırar sümüklәrini.
Üz vurma әbәdi sәnin olum mәn,
Bizә әbәdiyyәt bәs etmәz yәqin.
Nahaqdan gecәni qısnama belә,
Sübhü bilәrәkdәn gәtirmә özün.
Zaman qalib gәlir qәddarlığıyla,
Yoxdu silahımız qorunmaq üçün.
Qovma sәn fevralı, qovma qürubu,
Qovma qaranlığı sәn çölә indi.
Əgәr yağış yağır, dolu tökürsә,
Evә dәvәt elә, qәmi isindir.
Külәk qәzәblisә, quduz vәhşitәk,
Ruhu tar-mar edir, ağacı yıxır...
Üz vurma әbәdi mәn sәnin olum,
Əbәdiyyәt nәdi sevәnçün axı?
160 / 161