Page 165 - "Dünya yuxutək əriyir..."
P. 165
la Əliyeva Dünya yuxutək əriyir...
Hamı xeyirxahdı bu dünyamızda,
Axı nә vaxtsa biz uşaq olmuşuq?!
Bәli, uşaq olur bir vaxtlar hamı,
Zamansa öyrәdir bizә qorxmağı.
Ayıbı, qüssәni, dәrdi, әlәmi,
Öyrәdir ağrını, üzüntülәri…
Qüssә, qәm çәkmәyi öyrәdir Zaman,
Öyrәdir ağılla ruhu әzmәyi!
İndisә bilmirәm… mәn hara gedim?
Canavar yaşayan yerlәrә, bәlkә?
Qurdlara qoşulub Aya ulayım,
Qurd nәğmәsi nәdi, bunu anlayım…
Hara gizlәyim mәn bu ürәyimi?
Bu dadlı ürәkdәn insanlar doymur!
Qışqırır sinәmdәn dәli kimi o:
«Burax, azadlığa», ağılsa, qoymur.
Açıb buraxdım mәn qәlbimi… amma,
Yel çәkdi sinәmdә qәmdәn qapılar…
Mәn heç cür qıymıram bu ürәyimi
Qaytarım yenә dә qıfıl altına.
Hamı xeyirxahdı bu dünyamızda,
Axı nә vaxtsa biz uşaq olmuşuq?!
Bәli, uşaq olur bir vaxtlar hamı,
Zamansa öyrәdir bizә qorxmağı.
Ayıbı, qüssәni, dәrdi, әlәmi,
Öyrәdir ağrını, üzüntülәri…
Qüssә, qәm çәkmәyi öyrәdir Zaman,
Öyrәdir ağılla ruhu әzmәyi!
İndisә bilmirәm… mәn hara gedim?
Canavar yaşayan yerlәrә, bәlkә?
Qurdlara qoşulub Aya ulayım,
Qurd nәğmәsi nәdi, bunu anlayım…
Hara gizlәyim mәn bu ürәyimi?
Bu dadlı ürәkdәn insanlar doymur!
Qışqırır sinәmdәn dәli kimi o:
«Burax, azadlığa», ağılsa, qoymur.
Açıb buraxdım mәn qәlbimi… amma,
Yel çәkdi sinәmdә qәmdәn qapılar…
Mәn heç cür qıymıram bu ürәyimi
Qaytarım yenә dә qıfıl altına.