Page 169 - "Dünya yuxutək əriyir..."
P. 169
Dünya yuxutək əriyir...

İblissәn, lәnәtsәn, şәrsәn, qüssәsәn…
Ürәyi içindәn mәhv elәyәnsәn!
Amma, bilirsәnmi, şadam ki, mәnә
Qәmin gözәlliyin daddırmısan sәn.

Yenә gözlәrinin içinә baxdım…
Sәni unutmağa gücümmü yetir?
Sevgini nifrәtә dәyişmәmişәm,
Bәzәn nifrәt özü sevmәk öyrәdir.

Neynәk, mәnimlә qal, dostum, yenә dә…
Bir daha verirәm sәnә bu izni.
Bu qәlbin qәminin üstündә gül ki,
Ağrılar şәnlәtsin, güldürsün bizi.

Leyla Əliyeva
   164   165   166   167   168   169   170   171   172   173   174