Page 171 - "Dünya yuxutək əriyir..."
P. 171
la Əliyeva Dünya yuxutək əriyir...

Hәlә ki, insanlara
hәsr edәcәm özümü

Hәlә ki, insanlara hәsr edәcәm özümü,
Özümәsә, axırda.
Hәr nә olursa-olsun, möcüzә var yuxuda.
Möcüzә burda da var… hәr gün, hәr an, hәr saat!

Hava – parlaq möcüzә! Möcüzә – qoca, cavan!
Bax, bu kiçik telefon – sınıb parçası qalan!
Altımdakı bu divan!
Möcüzә – sәnsәn, inan!

Hәlә ki, insanlara hәsr edәcәm özümü,
Özümәsә, axırda.
Onsuz, yazılıb ruha, hәr nә varsa unudum.
20 ildәn çoxdu, görüşüb, salamlaşıb, yaxşı da
tanıdığım,
Çox-çox yaxın insanı, yalnız indi tanıdım!

Gözlәrinә baxmırdım, yaxşılıq edim deyә,
Baxmaq da bir vergidi – verilmәz o, hәr kәsә.
Baxdım mәn o gözlәrә, orda qorxular gördüm…
Qüssә, kәdәr, çoxlu qәm…
Qәmi lap parlaq gördüm.
   166   167   168   169   170   171   172   173   174   175   176