Page 174 - "Dünya yuxutək əriyir..."
P. 174
Şeirlər

Mәlәklәri seyr etmәyi bacarırdıq biz

Mәlәklәri seyr etmәyi bacarırdıq biz,
Ram edilәnlәrә cavabdehlik var.
Doğru deyirәmmi? Belәdi, mәncә.
Kimlәr unuduldu, xatırlanarlar.
Ürәkdә zülmәt var, de, nәdәn, sәncә?
Bәlkә, Günәş öz ardınca daha gur saçsın?
Hәr şey dönsün geriyә…
Bütün unudulanlar yada salınsın?
Rәqәmlәr, rәqәmlәr… Saniyәni tap.
Tap ki, işıqlansın ömrünün yolu!
Mәn onun ardınca yaman çox qaçdım,
Sәn demә, buraxmaq gәrәkmiş onu.
Ürәyimin içindә qıfıllı olanları,
İllәrin yükü altda yığılıb qalanları…
Biz bir sapa düzülmüş brilliantlarıq, insanlar!
İtibdi işığımız, tutqunlaşmışıq yaman.
Amma uşaq idik biz, hәr birimiz nә vaxtsa,
Mәlәklәri görmәyi bacarırdıq o zaman.

174 / 175
   169   170   171   172   173   174   175   176   177   178   179