Page 175 - "Dünya yuxutək əriyir..."
P. 175
Dünya yuxutək əriyir...

Böyüdük, bizlәri öyrәtdi hәyat,
Maska arxasından hәr şeyә baxaq.
Doğrudu, hәlә ki, çox da gec deyil,
12:35-i göstәrir saat.

Vaxt var düşünmәyә, ciddi fikirlәş,
Tәlәsmә harasa çox gecikmәyә.
Vaxt var… elә indi, bax elә bu gün!
Bu uçub ötüşәn anın içindә!

Bәdәnsiz qalan ruh azad deyil, yox…
Canda bәrkdәn gәlir ürәyin sәsi!
Kimlәr ram olunub, biz cavabdehik,
Doğrumu deyirәm? Dinlә bu sәsi.

İnsana nahaqdan yadırğatdılar
Göylәrә baxmağı, dua etmәyi,
Cavabsa, lap burda – gözlәrdә idi,
Amma әfsuslar ki, eşidilmәdi.

Leyla Əliyeva
   170   171   172   173   174   175   176   177   178   179   180