Page 172 - "Dünya yuxutək əriyir..."
P. 172
Şeirlər

Sәadәt nәşәsi, xeyirxahlıqlar…
Gördüm bu gözlәrdә mәn tәkrar-tәkrar!
Baxdım mәn gözlәrә… özümü gördüm!
Anladım, hәr bir kәs, hәr bir ölümlü
Qadirdi yarada xoşbәxt ömürü!
Xoşbәxtlik indi dә, bu gun burdadı…
86400 saniyәdәdi!
Xoşbәxtlik – telefondu, onda şeir yazıram!
Xoşbәxtlik, әlimdәki bu sınıq IPhone-umdu!
Xoşbәxtlik – hәr kәsin verә bildiyi,
Hәr kәsin hәr kәsdәn ala bildiyi asan oyundu!
Hәlә ki, insanlara hәsr edәcәm özümü,
Özümәsә, axırda!
Vaxt çatdı, qaçam gәrәk… Amma bu da var, düzü,
Altı saniyәm qalıb şeiri tamamlamağa.
Saxlamışam onu mәn, çatdıra bilim sona
Üst-üstә yığılanları… beynimdә olanları.
Yazım necә sevirәm –
İlk dәfә gördüyümtәk, mәn bu hәyatı!

172 / 173
   167   168   169   170   171   172   173   174   175   176   177