Page 167 - "Dünya yuxutək əriyir..."
P. 167
Dünya yuxutək əriyir...
Eyvanın önündә oturub sәssiz,
Xәzәrlә üzbәüz şeir yazıram…
İnsanam, yoxsa lal bir ikonayam?
İnsanam… qәm nәdi, mәn tanımıram.
İnsanam – göylәrdә ulduzlar gәzәn,
İnsanam – gecәlәr Ayı gözlәyәn.
Hәrdәnsә, qәm vaxtı göz yaşlarıyla
Tәnhalıq kasası dolub bitmәyәn.
Qәm, yәqin ki, keçәr… yay gәlәr yenә.
Nә qәdәr ki, gurşad bahar günüdü,
O, parlaq şüasın bәxş edir bizә,
Qoy qumlar saxlasın, külәk sovmasın
Qalsın qumlar üstә, qalsın bu kölgә…
Leyla Əliyeva
Eyvanın önündә oturub sәssiz,
Xәzәrlә üzbәüz şeir yazıram…
İnsanam, yoxsa lal bir ikonayam?
İnsanam… qәm nәdi, mәn tanımıram.
İnsanam – göylәrdә ulduzlar gәzәn,
İnsanam – gecәlәr Ayı gözlәyәn.
Hәrdәnsә, qәm vaxtı göz yaşlarıyla
Tәnhalıq kasası dolub bitmәyәn.
Qәm, yәqin ki, keçәr… yay gәlәr yenә.
Nә qәdәr ki, gurşad bahar günüdü,
O, parlaq şüasın bәxş edir bizә,
Qoy qumlar saxlasın, külәk sovmasın
Qalsın qumlar üstә, qalsın bu kölgә…
Leyla Əliyeva