Page 162 - "Dünya yuxutək əriyir..."
P. 162
Şeirlər
Dostum, mәn uçuram…
Dostum, mәn uçuram… Hәlәlik, sağ ol!
Mәnә «sağlıqla uç», «görüşәrik» de!
Yaxud, yenә dә bir sükut bәxş elә,
Sevginin әn gözәl hәdiyyәsin ver.
Uçuram göylәrә, mәn bir quş kimi!
Quşlar da bağlıdı bu Yer üzünә!
Yatıb hәqiqәtlәr görәcәyәmsә,
Yuxu hәqiqәti lazımmı sәnә?
Bilmirәm, uydurub deyә bilmәrәm,
Öncәdәn taledә olacaqları.
Sәninlә mәn elә xәstәlәnmişәm,
Yerdә öyrәnmişәm qanad çalmağı!
Niyә eşitmirәm sizi, insanlar?
Bәlkә, bu özü bir xudpәsәndlikdi?
Uzaqda görürәm mәn kölgәlәri…
Hәyatı daha çox sevirәm indi.
Əlbә ә, hәyatı mәn çox sevirәm,
Sadәcә, bir qәdәr yorğunam ancaq.
Uçuram, uçuram, dostum, uçuram!
Çalış sәn, kölgәmi unutma heç vaxt.
Ağırdı… Yәqin ki, belә dә olur.
Olsun ki, әslindә bu çox gәrәkdi.
Uçuram, uçuram, dostum, uçuram!
Bilmirәm nә üçün, mәqsәdim nәdi?
162 / 163
Dostum, mәn uçuram…
Dostum, mәn uçuram… Hәlәlik, sağ ol!
Mәnә «sağlıqla uç», «görüşәrik» de!
Yaxud, yenә dә bir sükut bәxş elә,
Sevginin әn gözәl hәdiyyәsin ver.
Uçuram göylәrә, mәn bir quş kimi!
Quşlar da bağlıdı bu Yer üzünә!
Yatıb hәqiqәtlәr görәcәyәmsә,
Yuxu hәqiqәti lazımmı sәnә?
Bilmirәm, uydurub deyә bilmәrәm,
Öncәdәn taledә olacaqları.
Sәninlә mәn elә xәstәlәnmişәm,
Yerdә öyrәnmişәm qanad çalmağı!
Niyә eşitmirәm sizi, insanlar?
Bәlkә, bu özü bir xudpәsәndlikdi?
Uzaqda görürәm mәn kölgәlәri…
Hәyatı daha çox sevirәm indi.
Əlbә ә, hәyatı mәn çox sevirәm,
Sadәcә, bir qәdәr yorğunam ancaq.
Uçuram, uçuram, dostum, uçuram!
Çalış sәn, kölgәmi unutma heç vaxt.
Ağırdı… Yәqin ki, belә dә olur.
Olsun ki, әslindә bu çox gәrәkdi.
Uçuram, uçuram, dostum, uçuram!
Bilmirәm nә üçün, mәqsәdim nәdi?
162 / 163