Page 159 - "Dünya yuxutək əriyir..."
P. 159
Dünya yuxutək əriyir...

Nә vaxt ki, Ay doğar qaranlıqlara,
Qәlәbәyә gedәn yola nur sızar,
Azdırar gözlәri hiylәgәr İblis,
Kainat qanunun qәlblәrdә pozar.

Neylәrәm görәsәn, әgәr sәninlә
Tәnәdәn büdrәsәk, yıxılsaq yerә,
Şeir hәqiqәtin biz dinlәmәdәn,
Uysaq qeybәtlәrә, boş söhbәtlәrә?..

Neylәrәm görәsәn, sәninlә birgә
Xәsisliyә divan tutmaqdan ötrü,
Toxa zәhәr verib öldürәn tәki,
Acı ac saxlasaq, yemәk vermәsәk?

Qorxutmasın sәni bu fani puçluq,
Sevgiylә qalibdir hәr şeydә insan!
Mәnimçün sәn varsan, nә qәdәr varam…
Sәninçün olacam, bil ki, hәr zaman!

Leyla Əliyeva
   154   155   156   157   158   159   160   161   162   163   164