Page 158 - "Dünya yuxutək əriyir..."
P. 158
Şeirlər
Neylәrәm…
Neylәrәm görәsәn, yandırsaq әgәr
Taledә olmayan saf arzuları?
Korlar qaranlıqdan qorxmur, çәkinmir,
Qәmlә dostluq edir bütün yalqızlar.
Neylәrәm görәsәn, sәninlә birgә
Möcüzә gözlәyib itirsәk vaxtı?
Bu fani puçluğa uyub unutsaq,
Möcüzә – dünyada nәfәs almaqdı?
Hәqiqәt gәzirsәn olmayan yerdә,
Yalanı yalanla olmaz axtarmaq.
Varlı o kәsdi ki, çox şeylәr bilir,
Daş-qaşı olsa da, kasıbdı axmaq.
Neylәrәm görәsәn, biz hәr ikimiz
Yolumuzu azıb qısqanc meşәdә
Qonaq çağırırıq qisası, kini,
Yaralı bәdәnә, sınıq ürәyә?..
Neylәrәm, nә sәnin, nә dә ki, mәnim,
Keçmişi silmәyә yetmәsә gücüm,
Kömәkçün yalana biz әl uzatsaq?
Yalan ki, nәşәdi yalançı üçün.
158 / 159
Neylәrәm…
Neylәrәm görәsәn, yandırsaq әgәr
Taledә olmayan saf arzuları?
Korlar qaranlıqdan qorxmur, çәkinmir,
Qәmlә dostluq edir bütün yalqızlar.
Neylәrәm görәsәn, sәninlә birgә
Möcüzә gözlәyib itirsәk vaxtı?
Bu fani puçluğa uyub unutsaq,
Möcüzә – dünyada nәfәs almaqdı?
Hәqiqәt gәzirsәn olmayan yerdә,
Yalanı yalanla olmaz axtarmaq.
Varlı o kәsdi ki, çox şeylәr bilir,
Daş-qaşı olsa da, kasıbdı axmaq.
Neylәrәm görәsәn, biz hәr ikimiz
Yolumuzu azıb qısqanc meşәdә
Qonaq çağırırıq qisası, kini,
Yaralı bәdәnә, sınıq ürәyә?..
Neylәrәm, nә sәnin, nә dә ki, mәnim,
Keçmişi silmәyә yetmәsә gücüm,
Kömәkçün yalana biz әl uzatsaq?
Yalan ki, nәşәdi yalançı üçün.
158 / 159