Page 161 - "Dünya yuxutək əriyir..."
P. 161
la Əliyeva Dünya yuxutək əriyir...
Qәm döydü qapımı
Qәm sakit axşamla döydü qapımı,
Qapını bağlamaq çıxıb yadımdan.
Sәn ay qәfil qonaq, gәl, keç içәri,
Qonaq olan evdә darıxmır adam.
Buyur, keç, mәn sәnә bir çay da süzüm,
Seçim mürәbbәnin әn yaxşısından.
Qәm, mәn sәninlәyәm, sәn heç darıxma,
Hәlә darıxmağa taparıq zaman.
Axşam qayıtmağa söz verib mәnә
Yenә gedәcәksәn sәhәrә yaxın...
Yox, әgәr bu sәhәr yağışlar yağsa,
Dәrhal geri qayıt, köksümә sığın.
Gözlәmirdim sәni, bilirsәnmi, qәm?
Sәninlә küsmәyә ürәkdәn şadam.
İkicә fincana çay da süzmüşәm,
Bilirәm, hәr zaman yaxınlıqdasan.
Mәn üzlü olsaydım, qәm, bilirsәnmi,
Şübhәsiz, yanımdan qovulardın sәn.
Mәnsә gözlәyirәm... rәhm et, başa düş,
Dәyәrli vaxtımı alma әlimdәn.
Bütün saatları, bәlkә, sındıraq?
Onların başqa bir çarәsimi var?
Qәrar vermisәnsә, qonaq qalmağı,
Gәl ay qәm, şәnlәndir mәni, nә olar?
Qәm döydü qapımı
Qәm sakit axşamla döydü qapımı,
Qapını bağlamaq çıxıb yadımdan.
Sәn ay qәfil qonaq, gәl, keç içәri,
Qonaq olan evdә darıxmır adam.
Buyur, keç, mәn sәnә bir çay da süzüm,
Seçim mürәbbәnin әn yaxşısından.
Qәm, mәn sәninlәyәm, sәn heç darıxma,
Hәlә darıxmağa taparıq zaman.
Axşam qayıtmağa söz verib mәnә
Yenә gedәcәksәn sәhәrә yaxın...
Yox, әgәr bu sәhәr yağışlar yağsa,
Dәrhal geri qayıt, köksümә sığın.
Gözlәmirdim sәni, bilirsәnmi, qәm?
Sәninlә küsmәyә ürәkdәn şadam.
İkicә fincana çay da süzmüşәm,
Bilirәm, hәr zaman yaxınlıqdasan.
Mәn üzlü olsaydım, qәm, bilirsәnmi,
Şübhәsiz, yanımdan qovulardın sәn.
Mәnsә gözlәyirәm... rәhm et, başa düş,
Dәyәrli vaxtımı alma әlimdәn.
Bütün saatları, bәlkә, sındıraq?
Onların başqa bir çarәsimi var?
Qәrar vermisәnsә, qonaq qalmağı,
Gәl ay qәm, şәnlәndir mәni, nә olar?