Page 157 - "Dünya yuxutək əriyir..."
P. 157
la Əliyeva Dünya yuxutək əriyir...
Mәnim yüküm
Bilsәydilәr, ah, necә
Ağırdı mәnim yüküm,
Şeirimdә neçә sözә
Qüssә kәdәr, qәm çöküb...
Hәyatdan şikayәtlәr
Söylәnәrmi dostlara?
Cavabı bir bu olar:
“Döz şaxtaya, borana!”
Əlbә ә, yox! Heç cürә!
Bu, mümkün olan deyil!
Bunu hәyat da bilir.
Şıltaq yağışa uyub,
Unudub tәbәssümü,
Tikanıyla qan tökür
bu qızılgüllәr… Niyә?
Yaxında sevgi yoxsa,
Dolu yağar ürәyә.
Oxşarıq biz hamımız,
Hәr kәsin qayğısı var...
Pәncәrәmiz qar dolu,
Divarlar gündәn qızar.
Yüküm çoxsa da mәnim,
Kaş ki, bilmәsin heç kim.
Gecәlәr, qoy pis yatım,
Vacib deyil qәm çәkim.
Bunu indi anladım...
Ya çoxdan bilirәm mәn?..
Yorulan o kәsdi ki,
Yükü yoxdu әzәldәn.
Mәnim yüküm
Bilsәydilәr, ah, necә
Ağırdı mәnim yüküm,
Şeirimdә neçә sözә
Qüssә kәdәr, qәm çöküb...
Hәyatdan şikayәtlәr
Söylәnәrmi dostlara?
Cavabı bir bu olar:
“Döz şaxtaya, borana!”
Əlbә ә, yox! Heç cürә!
Bu, mümkün olan deyil!
Bunu hәyat da bilir.
Şıltaq yağışa uyub,
Unudub tәbәssümü,
Tikanıyla qan tökür
bu qızılgüllәr… Niyә?
Yaxında sevgi yoxsa,
Dolu yağar ürәyә.
Oxşarıq biz hamımız,
Hәr kәsin qayğısı var...
Pәncәrәmiz qar dolu,
Divarlar gündәn qızar.
Yüküm çoxsa da mәnim,
Kaş ki, bilmәsin heç kim.
Gecәlәr, qoy pis yatım,
Vacib deyil qәm çәkim.
Bunu indi anladım...
Ya çoxdan bilirәm mәn?..
Yorulan o kәsdi ki,
Yükü yoxdu әzәldәn.