Page 152 - "Dünya yuxutək əriyir..."
P. 152
Şeirlər

Amansız qisasla hәdәlәmә gәl,
Mәni sevmәmәyә yetmәz heç gücün.
Qoy mәn özüm olum, lap pis olsam da,
Sәn gәl, olanları keç mәnim üçün.
Yazığın gәlmәsin, ağlama mәnә,
Taleyi gözlәrdәn oxuyuram mәn!
Burax, çıxım gedim, zamantәk ötüm,
Özümü kimsәyә qıymaram daha!
Başqayam mәn, inan, özün bilirsәn,
Amma ki, rahatlıq vermir marağım.
Nә qәdәr dilәyin varsa, deyirәm:
Qoy hәyata keçsin, yerini tapsın!
Başqayam... qәfәsdә tәk quş kimiyәm,
Azadlıq gәrәkdi nәfәs dәrmәyә.
Burax, qoy Allaha dualar edim,
Yol açsın yuxuna uçub gәlmәyә.

152 / 153
   147   148   149   150   151   152   153   154   155   156   157