Page 148 - "Dünya yuxutək əriyir..."
P. 148
Şeirlər

Amma, özün düşün, yaxşı olmazmı,
Götürüb fırçanı, rәngi, әn azı,
Kәtanda gözәl bir rәsm çәkәydik?
Boyayıb hәyatı әlvan rәnglәrә,
Xәyala qapılıb deyinmәyәydik?
Xәyalını işlәt, qeybәtdәn qurtar!
Arzula, arzular sәrhәdsiz olur…
Onları kimsә dә çәtin mәhv edәr.
Arzula... uç, qoşul azad quşlara,
Quşlar dәrd üstündәn rahatca ötәr.
Hörümçәk toruna düşmüş milçәktәk,
Qeybәtlәr mәhv edir bizlәri bir-bir.
Amma ki, kәrgәdan susub dayanır,
Çünki arzulayır… heç nә eşitmir.

148 / 149
   143   144   145   146   147   148   149   150   151   152   153