Page 144 - "Dünya yuxutək əriyir..."
P. 144
Şeirlər

Mәnim körpә mәlәyim

Tәbәssümü dünya boyda
Mәnim körpә mәlәyim!
Bilirәm, inanıram
Gözlәyirsәn sәn mәni!
Bilirәm, inanıram
Çox sevirsәn sәn mәni!
Bu dünyada yaşayan
Mәnim körpә mәlәyim.

Zamana söylәyirәm:
Bir azca tәlәs, zaman!
Bir az qısalt aranı,
Gәlsin qәlbimә aram.
Mәnim körpә mәlәyim,
Sәn möcüzә-varlıqsan!

Bilirsәn, nә qәdәr sevirәm sәni?
Bilirәm, bilirsәn, başa düşürsәn,
Necә arzuların çin olmasını
Gecәlәr Allahdan dilәyirәm mәn.
Bilirsәn, әbәdi mәn sәninlәyәm.
Öpürәm işıqlı, saf gözlәrindәn,
Nağıllardan gәlәn gülümsәr körpәm.

Günlәr ötüşәcәk, hәftә keçәcәk,
Mәn vaxtı qovaram, vaxt ötәr yüyrәk.
Körpә mәlәk mәni gecәlәr gözlәr,
Ulduzlar qürub çağını gözlәdiyitәk.

144 / 145
   139   140   141   142   143   144   145   146   147   148   149