Page 146 - "Dünya yuxutək əriyir..."
P. 146
Şeirlər
Yaxşısı budu ki, başlamayasan
İstәyirsәn sevgin sona yetmәsin?
Qoy bürünsün ürәk ilkin duyğuya!
Uşaq çağlarında hey oxuduğun,
Ən uzun nağıl da yetişir sona.
İstәyirsәn, bu il heç qış gәlmәsin?
Qoy günәş nur saçsın bütün il boyu!
Soyuğu boş yerә söymәk nә lazım?
Ötәcәk bir anda dekabr ayı!
İstәyirsәn, dostlar heç qocalmasın?
Yüz il qoy gülsünlәr uşaqtәk onlar!
Boş yerә çovğuna qarğış elәmә,
Gözünü açınca, o da qeyb olar!
Günәşi evindә qonaq saxlayıb,
İstәyirsәn, sәhәr bürüsün göyü?
Düşmәnlәr әfv etsin incikliklәri,
Dostlar bağışlasın әrköyünlüyü?
Şeiri dәftәrdәn pozmamaq üçün,
İstәyirsәn, hәyat ötüşsün asan?
Heç bir şey axıra çatmasın deyә,
Yaxşısı budu ki, başlamayasan!
146 / 147
Yaxşısı budu ki, başlamayasan
İstәyirsәn sevgin sona yetmәsin?
Qoy bürünsün ürәk ilkin duyğuya!
Uşaq çağlarında hey oxuduğun,
Ən uzun nağıl da yetişir sona.
İstәyirsәn, bu il heç qış gәlmәsin?
Qoy günәş nur saçsın bütün il boyu!
Soyuğu boş yerә söymәk nә lazım?
Ötәcәk bir anda dekabr ayı!
İstәyirsәn, dostlar heç qocalmasın?
Yüz il qoy gülsünlәr uşaqtәk onlar!
Boş yerә çovğuna qarğış elәmә,
Gözünü açınca, o da qeyb olar!
Günәşi evindә qonaq saxlayıb,
İstәyirsәn, sәhәr bürüsün göyü?
Düşmәnlәr әfv etsin incikliklәri,
Dostlar bağışlasın әrköyünlüyü?
Şeiri dәftәrdәn pozmamaq üçün,
İstәyirsәn, hәyat ötüşsün asan?
Heç bir şey axıra çatmasın deyә,
Yaxşısı budu ki, başlamayasan!
146 / 147