Page 151 - "Dünya yuxutək əriyir..."
P. 151
la Əliyeva Dünya yuxutək əriyir...
Salmayın siz mәni çәrçivәlәrә
Salmayın siz mәni çәrçivәlәrә!
Bu qayğı, bu diqqәt gәrәyim deyil.
İnsanlar, ruhuma rәhm edirsizsә,
Siz ona, sadәcә azadlıq verin.
Hissimi duymağa cәhd elәmәyin,
Başımda, beynimdә ayrı şeylәr var.
İnanın, zәrrәcә qәmli deyilәm,
Ürәyim özümlә rahatlıq tapar.
Ağlama, әziz dost, yox, lazım deyil...
Sәnә sadiqliyә iradәm yetәr.
Cәhәnnәm odundan qorxub-çәkinmә,
Bilmirsәn? Alovu su mәğlub edәr!
Ağlama, sakit ol, cәhd dә elәmә,
Sevgidәn ürәyin әzilsin bir az.
Süzürәm göylәrdә qanadlı quştәk,
Mәnim qanadımı sındırmaq olmaz.
Salmayın siz mәni çәrçivәlәrә
Salmayın siz mәni çәrçivәlәrә!
Bu qayğı, bu diqqәt gәrәyim deyil.
İnsanlar, ruhuma rәhm edirsizsә,
Siz ona, sadәcә azadlıq verin.
Hissimi duymağa cәhd elәmәyin,
Başımda, beynimdә ayrı şeylәr var.
İnanın, zәrrәcә qәmli deyilәm,
Ürәyim özümlә rahatlıq tapar.
Ağlama, әziz dost, yox, lazım deyil...
Sәnә sadiqliyә iradәm yetәr.
Cәhәnnәm odundan qorxub-çәkinmә,
Bilmirsәn? Alovu su mәğlub edәr!
Ağlama, sakit ol, cәhd dә elәmә,
Sevgidәn ürәyin әzilsin bir az.
Süzürәm göylәrdә qanadlı quştәk,
Mәnim qanadımı sındırmaq olmaz.