Page 140 - "Dünya yuxutək əriyir..."
P. 140
Şeirlər

Külәk

Külәk, sәn hey irәliyә doğru әsirsәn,
Hәrәkәt zamanı, vaxtı lәngidir.
Yerindәcә donub qaralır buzlar
Qaralır hәsrәtdәn, әriyib gedir.
Dinlә mәni, külәk! Yarıb dumanı,
Zamanı adlayıb, qoy yola çıxım!
Pozum nizamını vaxtın, saatın,
Dostum, hәrәkәtsiz ölürәm axı?!
Götür, apar mәni! Nә olacaq ki?
Kim deyir, qanuna ziddi bu bütün?
Gedәndә әl edib, bir ikonanı
Sizә bağışlaram tәsәlli üçün.
Mәni gözlәmirlәr sahildә… olsun.
Uçuqlar altında gizlәnmәyәcәm.
Hәyat kölәsitәk yaşamaq olmur,
Gecәlәr qaçıram tәnhalıqdan mәn.
Mәn tozam, mәn külәm, amma mәn MƏN-әm!
«İnsan» adı hәr şeydәn әzizdi bizә!
Yer dә kainatda bir zәrrәcikdi,
Amma әzә bilmәz onu bir kimsә.
Sizә ulduzlardan әl elәyәrәm,
Günәşә: “Gülümsә!” – әmri verәrәm.
Amma, getmә, külәk, bir ayaq saxla,
Bu ömrü heç nәyә mәn dәyişmәrәm!

140 / 141
   135   136   137   138   139   140   141   142   143   144   145