Page 164 - "Dünya yuxutək əriyir..."
P. 164
Şeirlər

Parçalayın qәlbimi, qırın
sümüklәrimi

Parçalayın qәlbimi, qırın sümüklәrimi,
Sonra da şirin-şirin qonaq çağırın mәni.
Nәyisә hәll etmәyә hәlә yoxdu qәrarım,
Sizinlә vә sizsiz… necә yaşayım?

Saysız zәng sәslәri gәlir sübh tezdәn…
Nitqim tutulubdu yenә, yәqin ki...
Nәfәsim ürәyin içindә azıb,
Dilimi lal edib amansız sevgi.

Hamıya, hәr şeyә olan bir sevgi…
Mәni anlayırlar, yәqin, uşaqlar,
Mәni anlayacaq yaşa dolanlar,
Öldürüb, sonra da qoruyacaqlar.

Görәn hara qaçım, daha bilmirәm.
İtirәm özümdәn, mәn hey itirәm…
Bu, mәnәm, itdikcә hey uzaqlaşan.
Başa düşә bilsә bir kәs halımı,
Öyrәdәrdi mәnә, yalan danışam.

İnsanam! Hamımız insanıq elә,
İncisәk, bizlәri Allah unutmaz!
Nәdәn gücüm çatmır, iradәm yetmir,
Yasaq olunanı unudum bir az?

«Sevmәk qadağandı!» – şüur deyәcәk,
Ürәksә, nağıllar danışar gecә…
Hamını dinlәmәk mәni yorubdu,
Görünür, günahım tәk budu bircә.

164 / 165
   159   160   161   162   163   164   165   166   167   168   169