Page 168 - "Dünya yuxutək əriyir..."
P. 168
Şeirlər

Mәn sәni güzgüdә
canlı görürәm

Mәn sәni güzgüdә canlı görürәm…
Arxamca gәlirsәn sәn bütün günü.
Yuxuda sinәmdәn bıçaqlayırsan,
Gecәlәr duyuram qәddar gücünü.
Biz ki bu yaxında vidalaşmışdıq?!
Sәn nә bağışlayır, nә unudursan.
Düşüb ayağıma yalvaranda sәn,
Mәn necә amansız, qәddar olmuşam.
Sәn elә hiylәgәr, elә rәzilsәn,
Qәlbimdә hörümçәk toru hörmüsәn.
Nә qәdәr dә iyrәnc olsan da, bil ki,
Əfsuslar… yenә dә möhtacam sәnә.
Kimsәn sәn, qoy deyim, kimlәr ki bilmir,
Kimlәr düşüncәmi anlamır heç vaxt,
Kimlәr unudublar möcüzә nәdi,
Onu gecә vaxtı gözlәrlәr ancaq.

168 / 169
   163   164   165   166   167   168   169   170   171   172   173