Page 170 - "Dünya yuxutək əriyir..."
P. 170
Şeirlər
Vladimir Vısotski, sağ ol ki, varsan!
Vladimir Vısotski, sağ ol ki, varsan!
Sağ ol ki, hәmişә hәr yerdәsәn sәn!
Vısotski, mәn sәnә «sağ ol» deyirәm,
Sәn nәyi sevmәdin, mәn dә sevmirәm!
Gecәdi, burdasan… bununçün sağ ol.
Bәs sabah nolacaq? Gün başlayacaq.
Sәhәr açılacaq, axşam düşәcәk,
İndisә, kömәyim bir sәnsәn ancaq.
Necә dә asandı, YouTube-a girmәk,
Hәmin an burdasan, dәqiqә yetәr.
Düzdü, wi-fi-ı da qoşmalı oldum,
Sәn sevәn hәr şeyi qәlbim dә sevәr.
Vısotski, hәr bir an sәn mәnimlәsәn,
Qoy dağılıb getsin evә qonaqlar.
Yuxusuz gecәlәr qorxutmur mәni,
Bilirәm mәn axı, yaxında kim var.
Vısotski, mәn sәnә «sağ ol» deyirәm,
Sağ ol, itkin ruhda yuva salmısan.
Heç nә lazım deyil bundan savayı,
Nә qәdәr ki, burda, lap yaxındasan.
170 / 171
Vladimir Vısotski, sağ ol ki, varsan!
Vladimir Vısotski, sağ ol ki, varsan!
Sağ ol ki, hәmişә hәr yerdәsәn sәn!
Vısotski, mәn sәnә «sağ ol» deyirәm,
Sәn nәyi sevmәdin, mәn dә sevmirәm!
Gecәdi, burdasan… bununçün sağ ol.
Bәs sabah nolacaq? Gün başlayacaq.
Sәhәr açılacaq, axşam düşәcәk,
İndisә, kömәyim bir sәnsәn ancaq.
Necә dә asandı, YouTube-a girmәk,
Hәmin an burdasan, dәqiqә yetәr.
Düzdü, wi-fi-ı da qoşmalı oldum,
Sәn sevәn hәr şeyi qәlbim dә sevәr.
Vısotski, hәr bir an sәn mәnimlәsәn,
Qoy dağılıb getsin evә qonaqlar.
Yuxusuz gecәlәr qorxutmur mәni,
Bilirәm mәn axı, yaxında kim var.
Vısotski, mәn sәnә «sağ ol» deyirәm,
Sağ ol, itkin ruhda yuva salmısan.
Heç nә lazım deyil bundan savayı,
Nә qәdәr ki, burda, lap yaxındasan.
170 / 171