Page 180 - "Dünya yuxutək əriyir..."
P. 180
Şeirlər

Niyә tәrk etdiniz mәni, mәlәklәr?

Niyә tәrk etdiniz mәni, mәlәklәr?
Ən ağır çağımda çәtin mәqamda?
Siz mәni zülmәtdә qoyub getdiniz,
Zәif işıq sızan bir boz dumanda…

Bütün arzuları çin edirdiniz,
Canımda bir «sağ ol» yanğısı vardı.
Bәs niyә siz mәni atıb getdiniz?
And olsun yoruldum, hәr şey qurtardı!

O gecә mәlәklәr tәrk etdi mәni,
Mәlәk dә oyatdı, sübh açılınca.
Unudulub getdi ümidsizliklәr,
Günәşdәn yeni güc doldu canıma!

Dünәn axşam isә Ay işığında
Bir tәklif elәdi yeni bir dostum.
Qaçdı nәzәrimdәn, görmәdim onu,
Gözüm axtarınca, qeyb etdim onu.

Mәlәklәr, siz mәni tәrk etmәmisiz!
İzah etdiz mәnә, yaxın doğmamtәk.
Anlatdız, dәlitәk arzulananın,
Başını sadәcә buraxmaq gәrәk.

180 / 181
   175   176   177   178   179   180   181   182   183   184   185