Page 183 - "Dünya yuxutək əriyir..."
P. 183
la Əliyeva Dünya yuxutək əriyir...
Sizin hamınızı azad edәcәm
Sizin hamınızı azad edәcәm…
Torpağa verәcәm, arxayın olun.
Özümü verәcәm mәn külәklәrә!
Torpağa içimdә yer ayırmaram!
Cavabdeh özümәm özümә görә!
Ürәk qayalardan ağırsa, әgәr,
Rәnglәri fırçadan olmursa yumaq,
Olanlar yaddaşdan silinmirlәrsә,
Nә xeyri, yalanmı fayda verәcәk?
Külәyә verәcәm mәn hamınızı!
Özümü verәcәm, olsun, göylәrә!
Qoy Günәş gur saçsın! Nurundan sәpsin,
Onu da, mәni dә sevmәyәnlәrә!
Qoy Günәş daha gur parlayıb yansın!
Ona әlin çatmaz hәr nә elәsәn!
Kim qanad çalmağı bacarmadısa,
Cavabdeh mәnәmmi, hardan bilәsәn?
Sizi buraxacam mәn, hara gәldi!
Özümüsә… hәlә bilmirәm hara.
Əgәr bir günahım varsa da, yәqin,
Ruhum qәrq olacaq boz buludlara!
Yayı saxlayacam yerdә sizlәrә,
Tәkcә qanadları götürәcәm mәn.
Bilirәm, burda bir igidlik yoxdu,
Bәs bu xәyal hәyat… bu nәdi, görәn?
Sizin hamınızı azad edәcәm
Sizin hamınızı azad edәcәm…
Torpağa verәcәm, arxayın olun.
Özümü verәcәm mәn külәklәrә!
Torpağa içimdә yer ayırmaram!
Cavabdeh özümәm özümә görә!
Ürәk qayalardan ağırsa, әgәr,
Rәnglәri fırçadan olmursa yumaq,
Olanlar yaddaşdan silinmirlәrsә,
Nә xeyri, yalanmı fayda verәcәk?
Külәyә verәcәm mәn hamınızı!
Özümü verәcәm, olsun, göylәrә!
Qoy Günәş gur saçsın! Nurundan sәpsin,
Onu da, mәni dә sevmәyәnlәrә!
Qoy Günәş daha gur parlayıb yansın!
Ona әlin çatmaz hәr nә elәsәn!
Kim qanad çalmağı bacarmadısa,
Cavabdeh mәnәmmi, hardan bilәsәn?
Sizi buraxacam mәn, hara gәldi!
Özümüsә… hәlә bilmirәm hara.
Əgәr bir günahım varsa da, yәqin,
Ruhum qәrq olacaq boz buludlara!
Yayı saxlayacam yerdә sizlәrә,
Tәkcә qanadları götürәcәm mәn.
Bilirәm, burda bir igidlik yoxdu,
Bәs bu xәyal hәyat… bu nәdi, görәn?