Page 187 - "Dünya yuxutək əriyir..."
P. 187
Dünya yuxutək əriyir...
Qәlbini isidәr yaxın ürәklәr,
Kölgәsi rәqs edәr, hamı şad olar.
Sәbrim yoxdu bilәm әsir olduğum,
Bu gözәl nağılın sonunda nә var.
Son da öz yerindә. Gәlәcәk o vaxt.
Allaha üz tutub yalvaracağam...
Qoy hәsrәt duelә çağırsın mәni!
Atәş açmayacam, bağışlayacam.
Atәş açmayacam! Lermontov kimi!
Qoy mәni öldürsün bu miskin hәsrәt!
İndisә yanıram… hәlә yanıram…
Rәqs edәn – kölgәmdi, ruhum tәrk edib.
Hәyat nәdi, ölüm nә!
Yaxında eşidәn bir kimsә yoxdu.
Üzür mәni yaman, göyә çәkilmәk…
Yoxdu bu sevginin son ucu, yoxdu.
Leyla Əliyeva
Qәlbini isidәr yaxın ürәklәr,
Kölgәsi rәqs edәr, hamı şad olar.
Sәbrim yoxdu bilәm әsir olduğum,
Bu gözәl nağılın sonunda nә var.
Son da öz yerindә. Gәlәcәk o vaxt.
Allaha üz tutub yalvaracağam...
Qoy hәsrәt duelә çağırsın mәni!
Atәş açmayacam, bağışlayacam.
Atәş açmayacam! Lermontov kimi!
Qoy mәni öldürsün bu miskin hәsrәt!
İndisә yanıram… hәlә yanıram…
Rәqs edәn – kölgәmdi, ruhum tәrk edib.
Hәyat nәdi, ölüm nә!
Yaxında eşidәn bir kimsә yoxdu.
Üzür mәni yaman, göyә çәkilmәk…
Yoxdu bu sevginin son ucu, yoxdu.
Leyla Əliyeva