Page 190 - "Dünya yuxutək əriyir..."
P. 190
Şeirlər

Yad hәyәcanları, özgә sözlәri,
Bağışla, eşidә bilmirәm bәzәn.
Mәnә güc ver! Güc ver, öyrәnim
Cәnnәt xülyasıyla Yerdә dözmәyә!

Bilirsәn, İlahi… tamam yalqızam.
Əlbә ә, bilirsәn, Sәn eşidәnsәn!
Dostlarımlayamsa, demәk ki, sağam,
Ürәk nәfәs alır – eşidirәm mәn...

Duyuram köksümdә insan qәmini –
Quru göz yaşını yanaqdan süzәn.
Bilirәm, İlahi, yay qabaqdadı,
Bilirsәn… şaxtadı canımı üzәn.

Şükür Sәnә, Allah, Sәn mәnimlәsәn!
Bu zәifliyimi, qorxumu әfv et.
Bilmirәm, arxamca nә danışırlar,
Hamını hünәrli, hәm dә xoşbәxt et!

Hünәrli olanlar haqqı söylәyәr,
Güc ver, qorxmasınlar, çәkinmәsinlәr!
Öyrәt insanları möhkәm sevmәyә!
Öyrәt, qoy sevgidәn utanmasınlar!

Allah, Sәnә şükür… hәm dә bu gecә
Mәnimlә danışdın vidadan qabaq.
Kömәk et, yuxumda dәrk edim bunu –
– Əzab xoşbәxtlikçün yaranıb ancaq.

190 / 191
   185   186   187   188   189   190   191   192   193   194   195