Page 194 - "Dünya yuxutək əriyir..."
P. 194
Şeirlər

Gözәl lәlәklәri var tovuzquşunun

Gözәl lәlәklәri var tovuzquşunun,
Boylanıb baxırmı öz kürәyinә?
Niyә öz qәlbinә bu quş inanmır?
Düşünür, qocalıb, vaxt ötüb, bәlkә?

Gözәl lәlәklәri var tovuzquşunun,
Özünü düşmәndәn qorumaq üçün.
Kürәyә baxmağı o heç bacarmır,
Qanuna zidd getmir, quş olduğuyçün.

Axı tәbiәtin öz qanunu var,
Bu qanunu pozmaq yasaqdı, olmaz!
Müdrik yolu tutub, tәk ikonalar,
Dinib-danışmadan, yalnız susarlar.

Mavi meşәlәri mәhv elәmәklә,
Doğrumu yol tutub, görәn, insanlar?
Silib sәtiraltı möcüzәlәri,
Sәrt-sәrt i ihamlar elәyәnlәr var.

Gözәl lәlәklәri var tovuzquşunun,
Açır onları o sakit aramla.
İnanır onlara... O sәbәbdәn ki,
Qәlbi dә gözәldi, lәlәyi kimi.

194 / 195
   189   190   191   192   193   194   195   196   197   198   199