Page 196 - "Dünya yuxutək əriyir..."
P. 196
Şeirlər

Özünü günahkar bilmә heç nәdә,
Zәrrәcә xәyanәt elәmәmisәn.
Yanında olacam bil ki, hәmişә,
Çağırsan, kömәyә gәlәcәm mәn.
Hәsrәt dә gözәldi, düşmә hәvәsdәn,
Sәn dә mәnim kimi, çox sәbirsizsәn,
Get, daha azadsan şüşә qәfәsdәn,
Çini tәk zәrifsәn, mәnim ürәyim.
Hәm dә polad kimi möhkәmliyin var,
Sevgidәn qurtulmaq asan deyilmiş,
Qoy çәkib aparsın sәni uzaqlar...
Kimә vurulmusan, bәlkә deyәsәn?
Söylә, yalvarıram, sevirsәn? Nәyi?
“Hәyatı sevirәm mәn dәlicәsinә…” –
deyir cavabında mәnim ürәyim.

196 / 197
   191   192   193   194   195   196   197   198   199