Page 192 - "Dünya yuxutək əriyir..."
P. 192
Şeirlər

Buna bax, qolumdan böcәk adladı,
Külәksә çağırır, qoy açsın qanad!
İstedad – hәyatın bir vergisidi,
Böcәyi öldürmәk – bu da istedad!

Əzib dә keçsinlәr! Əzablıdı bu…
Quşsa, sakitlikdә oxuyur hәzin.
Sıxıntıdan qorxunc nә var dünyada?
Neynәk, qoy böcәyi piyada әzsin.

Uydurma gәmidә uçub gedirәm,
Yerdә qeyb oluram, dayağım itir...
Qarşıdan nә gәlir? Heç nә bilmirәm.
Yuxuda ürәyә, görәn, nә dәyir?

Ququ quşu mәni görüb çağırdı…
Qәfil quruldadı qurbağa kolda…
Sıxıntıdan qorxunc nә var, görәsәn?
Qorxudan amansız nәdi bu yolda?

Dünyada hәr şeydәn güclü – sevgidi!
Qәlbindә әbәdi, bir o qalacaq!
Bax ki, mәn yenә dә avam körpәtәk,
Düşünürәm, bәbir yerdәn qalxacaq.

192 / 193
   187   188   189   190   191   192   193   194   195   196   197