Page 188 - "Dünya yuxutək əriyir..."
P. 188
Şeirlər

Barmaq izlәrini sal ürәyimә

Barmaq izlәrini sal ürәyimә,
Heç nә gәrәk deyil, başqa bir heç nә.
Heç nә elә belә olmur dünyada,
İndi sarsılmaq da hәzz verir mәnә.

Yenә rәqәm saymaq düşüb beynimә,
Onların sirrini aça bilmәdim.
Çox bilmәk istәsәn, tez qocalarsan,
Cavanam, bildiyim hәlә bәsimdi.

Doqquz, üç, sәkkiz, yeddi vә altı…
Hәr kәs öz rәqәmin yaxşı tanıyır.
Mәnimçünsә vacib – şeirlәrimdi,
Sözlәrin ahәngi sәtirdәn axır.

Hara tәlәsirәm, görәsәn, yenә?
Gözlәmir bircә an rәhmsiz zaman!
Qorxmuram mәn ondan әvvәlki kimi,
Harda, nә vaxt olum… mәn çatdıracam.

Çatdıra bilәrәm, tәrgitsәm әgәr,
Zamanla dәlitәk hey ötüşmәyi.
Kölgәni milyonların arasında gәzirәm,
Gәzirәm… mәn onsuz batıram hәzzdә…

Yanıram tonqalda cadugәr kimi,
Qucuram torpağı yaralı quştәk!
Tez ol, gәl yanıma, dostum, sәn tez gәl,
Hәr gecә yuxuma girir hәqiqәt...

188 / 189
   183   184   185   186   187   188   189   190   191   192   193