Page 185 - "Dünya yuxutək əriyir..."
P. 185
Dünya yuxutək əriyir...

Əfsus… böyüdükcә, kor olur insan,
Yolunu itirir… O, hara gedir?..
Eşitmir quşları, dәniz sәsini,
Eşitmir ürәyi, qәlbi eşitmir…

Gildәn yaradıbdı insanı Allah.
Yeddi gün içindә Günәşi, göyü….
Yüzlәrlә meşәni, çölü, çayları,
Allah yaradıbdı insandan ötrü!

Onda niyә axı, söylә, yenә qәm,
Yenә müharibә, qaranlıq, qüssә…
Mәnim, özüm kimi, yazığım gәlir,
Allahı unudan hәr yazıq kәsә.

Leyla Əliyeva
   180   181   182   183   184   185   186   187   188   189   190