Page 184 - "Dünya yuxutək əriyir..."
P. 184
Şeirlər
Gildәn yaradıbdı insanı Allah
Gildәn yaradıbdı insanı Allah.
Alovdan yaradıb O, mәlәklәri.
Yenә sükut gәldi cavab yerinә,
Nәdәsә sәhv etdim, yenә dә, yәqin.
İstәyimsә buydu – bircә bilim ki,
Harada gizlәnir günün işığından gil?
Hәlә ki, susmağı mәn bacarmıram,
Şeirsә, yazıram, mәncә, pis deyil.
Gildәn yaradıbdı insanı Allah,
Mәlәklәr yaradıb ona kömәyә.
Vaxtsa elә ötür, bir әsr kimi…
Allah hәqiqәti qoymur bilmәyә.
Bunu biz bilmirik, qәlbimiz bilir…
Şüur imkan vermir bilәk nәyisә.
Mәnsә eşidirәm yazın sәsini…
Bir dә, darda qoymaz Allahın sәsin.
Gildәn yaradıbdı insanı Allah.
Ürәksә, kәnardan onu seyr edir,
İlan da yaradıb. Sürünür… amma,
Ürәyi torpağı yaxşı hiss edir.
Quşları yaradıb göylәrdә azad,
Balığı yaradıb, suda quş kimi,
İnsanı yaradıb, qursun, yaratsın,
İnsanı yaradıb, sevsin dünyanı!
184 / 185
Gildәn yaradıbdı insanı Allah
Gildәn yaradıbdı insanı Allah.
Alovdan yaradıb O, mәlәklәri.
Yenә sükut gәldi cavab yerinә,
Nәdәsә sәhv etdim, yenә dә, yәqin.
İstәyimsә buydu – bircә bilim ki,
Harada gizlәnir günün işığından gil?
Hәlә ki, susmağı mәn bacarmıram,
Şeirsә, yazıram, mәncә, pis deyil.
Gildәn yaradıbdı insanı Allah,
Mәlәklәr yaradıb ona kömәyә.
Vaxtsa elә ötür, bir әsr kimi…
Allah hәqiqәti qoymur bilmәyә.
Bunu biz bilmirik, qәlbimiz bilir…
Şüur imkan vermir bilәk nәyisә.
Mәnsә eşidirәm yazın sәsini…
Bir dә, darda qoymaz Allahın sәsin.
Gildәn yaradıbdı insanı Allah.
Ürәksә, kәnardan onu seyr edir,
İlan da yaradıb. Sürünür… amma,
Ürәyi torpağı yaxşı hiss edir.
Quşları yaradıb göylәrdә azad,
Balığı yaradıb, suda quş kimi,
İnsanı yaradıb, qursun, yaratsın,
İnsanı yaradıb, sevsin dünyanı!
184 / 185