Page 181 - "Dünya yuxutək əriyir..."
P. 181
la Əliyeva Dünya yuxutək əriyir...

Nә görmәk istәsә, görür hәr adam

Dostum, nә istәsә, görür hәr adam.
Bu, belәdi, әfsus, belәdi, belә...
Nifrәt elәmәyi öyrәdib illәr,
Amma Yer üzündә, yer çoxdu hәlә.

Bilmirәm, Cәnnәtdә yer varmı, görәn?
Hәlә olmamışam, nә bilim nәdir?
Ora yetişmәrәm… mәn axsayıram!
Hәrçәnd, ayaqlarım yaxşı yeriyir.

Qanadlar hәmişә şübhәni yarır.
Mәlәk var, uçmaq öyrәdir mәnә.
Amma ulduzları insanlar görmür,
Böyüyәndә çatmır әl göy üzünә.

Hәr şeyi itirmәk asandı yerdә…
Dincliyә qovuşub uçasan gәrәk!
Görәn, hәqiqәtdi, bu fikirlәrim?
Harda arzularla kәsişir gerçәk?
   176   177   178   179   180   181   182   183   184   185   186